İşəgötürən məhz belə deyir.
Sentyabrın 9-da Xəzər rayonunun Qala qəsəbəsində üç nəfərin yaralanması ilə nəticələnmiş bıçaqlaşma baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Vesti.Az-a Xəzər rayon Polis İdarəsindən bildiriblər.
Hadisə “Qala” kafesində baş verib. Cinayətdə şübhəli şəxs qismində kafenin icarədarı, 40 yaşlı yerli sakin Aqil Əliyev saxlanılıb. Məlumdur ki, üç qardaş – Tərlan, Əsgər və Ceyhun Quliyevlər yaralanıblar. Əsgər və Tərlan Quliyevlər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılsalar da, Ceyhun Quliyevin vəziyyəti ağır olaraq qalır.
Bu arada, həbs olunmasına baxmayaraq, Aqil Əliyev günahını hələ də boynuna almır. O iddia edir ki, üç qardaşları yaralayan onun işçisi, ofisiant qız olub. Lakin ofisiantın bildirdiyinə görə, qardaşların yaralanması onun işi deyil. Onun sözlərinə görə, işəgötürən Aqil Əliyev qızdan cinayətə görə günahı öz üzərinə götürməsini xahiş edib. Sahibkar söz verib ki, ofisiant belə edərsə, o, qıza cinayətdən yayınmaqda kömək edəcək.
Quliyev qardaşları da cinayəti törətməkdə Aqil Əliyevi günahkar bilirlər. Zərərçəkənlərin sözlərinə görə, hər şey Tərlan Quliyevin bu kafedə nahar etməsi, nahardan sonra hesabı verərkən onunla və ofisiant arasında mübahisənin yaranmasından başlayıb. Ofisiantın köməyinə gələn Aqil Əliyev o saat bıçağa əl atıb və müştərisini ayağından vurub. Kafeda dava-dalaş başlayıb və səs-küyü Tərlan Quliyevin yaxınlıqda olan qardaşları da eşidiblər. Sonuncular tez Aqil Quliyevi zərərsizləşdirməyə çalışıblar. Lakin bunu etmək o qədər də asan olmayıb. Əliyev bıçaqdan tutmağa çalışan Ceyhun Quliyevi ağır yaralayıb. Əliyev özünü günahkar bilməsə də, bütün sübutlar ona qarşıdır.