BAKU AZƏRBAYCAN
14°C
euro 1.8595
dollar 1.7000
rubl 0.0229
lirə 0.2543

“Qalatasaray” 21 illik həsrətə son qoydu

“Qalatasaray” 21 illik həsrətə son qoydu
İDMAN
22:33 23.02.2020
4926

Türkiyə Super Liqasında XXIII tur davam edir.

AZXEBER.COM-un məlumatına görə, bu gün turun daha üç qarşılaşması keçirilib. 

Bütün diqqətlər İstanbul derbisinə yönəlib. "Qalatasaray”ı qəbul edən "Fənərbaxça” ilk yarının ortalarında penaltidən hesabı açıb. Son çempion fasilə ərəfəsində tarazlığı bərpa edib. Hakimin final fitinə 10 dəqiqə qalmış Radamel Falkao penaltini dəqiq yerinə yetirməklə, "sarı-qırmızılar”ı hesabda önə çıxarıb. Qarşılaşmada son nöqtəni onun komanda yoldaşı Anri Onyekuri qoyub – 3:1. Bu qələbə "Qalatasaray”a liderliyə şərik olmaq imkanı verib. "Cim-Bom” həm də "Fənərbaxça” ilə səfər matçlarındakı 21 illik qələbə həsrətinə son qoyub. Həmin vaxt – 1999-cu il dekabrın 22-də "Qalatasaray” 2:1 hesabı ilə qalib gəlib.

 

Digər iki qarşılaşmada turnir cədvəlinin ikinci yarısında qərarlaşan komandalar üz-üzə gəliblər. "Ankaragücü”nü bir qolla məğlub edən "Gənclərbirliyi” təhlükəli zonadan uzaqlaşıb.

"Antalyaspor” isə "Yeni Malatyaspor”un qonağı olub. Meydan sahibləri Antalya təmsilçisi qarşısında məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, tura fevralın 24-də yekun vurulacaq.

Türkiyə Super Liqası
XXIII tur
23 fevral
"Gənclərbirliyi” – "Ankaragücü” – 1:0

Sio, 74
"Yeni Malatyaspor” – "Antalyaspor” – 1:2
Bulut, 29 – Kulembe, 8, Podolski, 89
"Fənərbaxça” – "Qalatasaray” – 1:3
Kruze, 21 (pen.) – Donk, 40, Falkao, 80 (pen.), Onyekuri, 90+5

OXŞAR XƏBƏRLƏR