"Qalatasaray" axtardığı "10 nömrə"ni tapdı - Dünya ulduzu gələ bilər

"Qalatasaray" axtardığı "10 nömrə"ni tapdı - Dünya ulduzu gələ bilər
İDMAN
18:30 01.08.2026
202
Türkiyənin "Qalatasaray" klubu yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir. İstanbul təmsilçisinin əsas hədəflərindən biri "10 nömrə"  mövqeyini gücləndirməkdir.

AZXEBER.COM xəbər xəbər verir ki, baş məşqçi Okan Burukun təqdim etdiyi siyahıya uyğun olaraq klub bu mövqe üçün yeni namizəd müəyyənləşdirib.

Belçika mətbuatının yaydığı xəbərə əsasən, "Qalatasaray" İtaliyanın "Napoli" klubundan ayrılmağa hazırlaşan Kevin De Bruyneni transfer etmək üçün danışıqlara başlayıb.

Xəbərdə bildirilir ki, 35 yaşlı belçikalı futbolçu Neapol klubundan ayrılmaq qərarı verib və bu məqsədlə menecerinə tam səlahiyyət verib.

Kevin De Bruyne ötən mövsüm "Napoli"nin heyətində bütün turnirlərdə 21 oyuna çıxıb. O, bu görüşlərdə 5 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.
OXŞAR XƏBƏRLƏR