“Qalatasaray” “Başakşəhər”i məğlub edərək, 22-ci dəfə Türkiyə çempionu oldu

“Qalatasaray” “Başakşəhər”i məğlub edərək, 22-ci dəfə Türkiyə çempionu oldu
İDMAN
23:38 19.05.2019
4598
Türkiyə Super Liqasında XXXIII tur davam edir.

ONA-nın məlumatına görə, tur çərçivəsində daha dörd oyun keçirilib.

Mərkəzi qarşılaşmada çempionluq uğrunda mübarizə aparan "Qalatasaray”la "Başakşəhər” üz-üzə gəlib. Eyni xala malik liderlərin İstanbul derbisində "sarı-qırmızılar” əzmkar qələbə qazanıblar.

Matçda məğlub duruma düşən Fatih Terimin yetirmələri iki qol vuraraq qalib gəlməklə xal hesabını 69-a çatdırıblar. Bu, "Qalatasaray”a sona bir tur qalmış çempionluğu təmin etmək imkanı verib. Rəqibini üç xal qabaqlayan "cim-bom” şəxsi oyunlardakı üstünlüyə görə tarixində 22-ci çempionluğu qazanıb. Bir neçə gün öncə Türkiyə kubokunu da qazanan F.Terimin komandası bununla "Qızıl dubl”a imza atıb.

Digər üç oyunda qalib müəyyənləşməyib. Turnir cədvəlindəki qonşular "Alanyaspor”la "Rizəspor” hərəyə 1 qolla bir xal qazanıb.

Super Liqada qalmaq uğrunda mübarizə aparan "Bursaspor”la "Göztəpə”nin oyununda qol vurulmayıb. Aşağı dəstəyə yuvarlandığı rəsmiləşən "Akhisar” isə "Kayserispor”u büdrədib – 2:2.

Qeyd edək ki, tura mayın 20-də yekun vurulacaq.

Türkiyə Super Liqası
XXXIII tur
19 may
"Akhisar” – "Kayserispor” – 2:2
Reqattin, 37, Manu, 80 – Kravets, 61, Qyan, 90
"Bursaspor” – "Göztəpə” – 0:0
"Alanyaspor” – "Rizəspor” – 1:1
Sisse, 12 – Muriqi, 65
"Qalatasaray” – "Başakşəhər” – 2:1
Fequli, 47, Onyekuru, 64 - Bajiç, 17
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub