Bu gün Türkiyə Basketbol Çempionatında növbəti turun matçları keçirilib.
AzxeberSport xəbər verir ki, turun mərkəzi görüşündə "Fənərbaxça” "Qalatasaray”ı qəbul edib.
Matç 80:75 hesabı ilə qonaqların xeyrinə bitib.
"Qalatasaray” 9 il aradan sonra "Fənər”i səfərdə məğlub etməyi bacarıb.
Qeyd edək ki, 3 gün öncə futbolda eyni nəticə qeydə alınmışdı. Cim-Bom 3:1 hesabı ilə qələbə qazanmışdı.