Katarakt

"Qalatasaray"ın prezidenti Falkaonun transferinə görə peşmandır

İDMAN
20:16 15.06.2021
275
Türkiyənin "Qalatasaray" klubunun hazırkı prezidenti Mustafa Cengiz maraqlı açıqlama verib.

72 yaşlı funksioner mətbuat konfransında futbolçu Radamel Falkaonun transferinə görə peşman olduğunu bildirib.

Cengiz kolumbiyalı oyunçunun keçidi üçün yaxşı danışıqlar aparmadıqlarını sözlərinə əlavə edib: "Hazırda Falkao transferi qarşımda olsa, daha sıx bazarlıq edərəm".

O, səhhətindəki problemlər səbəbindən prezident seçkilərində namizədliyini irəli sürmədiyini deyib.

Qeyd edək ki, Radamel Falkao 2019-cu ildən "Qalatasaray"da çıxış edir.
 
///Report

OXŞAR XƏBƏRLƏR