"Qalatasaray"ın üzvü koronavirusa yoluxdu, məşqlər dayandırıldı

"Qalatasaray"ın üzvü koronavirusa yoluxdu, məşqlər dayandırıldı
İDMAN
12:34 15.05.2020
1214

Türkiyənin "Qalatasaray” klubunun bir üzvündə koronavirus aşkarlanıb.

AzxeberSport xəbər verir ki, bütün heyət üzvlərindən və işçilərdən götürülən testlər nəticəsində klubun bir əməkdaşında koronavirus aşkarlanıb. Bu barədə "sarı-qırmızılar”ın rəsmi saytı məlumat yayıb.

Koronavirus testi müsbət çıxan şəxsin adı açıqlanmayıb və karantinə alınıb. "Qalatasaray” klubunun məşqləri 6 günlük dayandırılıb.

Bundan əvvəl "Fənərbaxça” və "Beşiktaş” klublarının üzvlərində də koronavirus aşkarlanmışdı.

"Qalatasaray”da daha əvvəl Fatih Terim koronavirusa yoluxmuş, daha sonra isə sağalmışdı.

OXŞAR XƏBƏRLƏR