'Qan Donorları' 'İrəli'çilərə səsləndi - Rauf Mərdiyevə səs verin
GƏNCLİK
01:26 27.04.2012
1708
Qan Donorları Assosiasiyası “İrəli”çi üzvlərinə müraciət edərək Rauf Mərdiyevə dəstək istədi .AZXEBER.COM-un məlumatına görə, Qan Donorları Assosiasiyası (QDA) 5 May 2012-ci il tarixində “İRƏLİ” İctimai Birliyinin nizamnaməsinə əsasən keçiriləcək II Hesabat-Seçki Konfransında Rauf Mərdiyevin sədrliyə namizədliyini dəstəklədiyini rəsmi şəkildə elan edib. Birliyin idarə heyətinin sədri Fuad Əsgərov seçki kampaniyası dövründə öz əməkdaşları və könüllülərini bu işdə səfərbər edərək kampaniyada aktiv iştirak edəcəklərini birliyin üzvlərinə müraciətində bəyan edib. Eyni zamanda Fuad Əsgərov Birliyinin bir çox donorlarının “İrəli”çi olduğundan onlara müraciət ünvanlayaraq Rauf Mərdiyevə səs verməyə çağırdı. Birliyin sədri müraciətində bu addımını atmasına əsas səbəb kimi Rauf Mərdiyevin gənc donor olmasını və respublikada qan donorluğunun inkişafına yaxından dəstək olması ilə əlaqələndirdi. "Rauf Mərdiyev son 2 ildə qan xəstəlikləri səbəbindən uşaq ölümünə qarşı kampaniyalarda daima bizə yaxından dəstək olmuşdur. Məhz onun şəxsi təşəbbüsü ilə bir müddət öncə “İrəli” və QDA arasında əməkdaşlıq memarandumu imzalanmışdır. Bu memarandum yaxın gələcəkdə respublikada qan donorluğunun inkişafında və gənclərin cəlb olunmasına müsbət təsir edəcəkdir. “İrəli”də bir neçə dəfə qanvermə aksiyası keçirildi. Biz indiyə kimi, "İrəli" ilə birgə 2 qanvermə aksiyası keçirmişik və belə tədbirlərin yaxın gələcəkdə də keçirilməsi nəzərdə tutulur".