Qan Turalı “Mustafa”sını təqdim etdi

Qan Turalı “Mustafa”sını təqdim etdi
KÖŞƏ
01:31 23.10.2011
2222
Oktyabrın 22-də “Əli və Nino” kitab mağazasında Kulis.az internet dərgisinin baş redaktoru, gənc yazıçı Qan Turalının yeni çapdan çıxmış “Mustafa” romanını təqdimetmə mərasimi olub.Lent.az-ın məlumatına görə, mərasimdə oxucular və ədəbiyyat adamları iştirak edib.  “Qanun” nəşrlər evinin baş direktoru, naşir Şahbaz Xuduoğlu tədbir iştirakçılarını salamlayaraq onlara kitaba dəstək verdiklərinə görə təşəkkürünü bildirib. Şahbaz Xuduoğlu deyib ki, son dövrlərdə gənclərin yazdıqları digər kitablardan fərqli olaraq “Mustafa”nı hər kəs evinə apara bilər: “Qan Turalının romanı “Ən yeni ədəbiyyat” seriyasından çıxan kitablarla yarışa girməyi bacaran kitabdır. Roman Bakıda yaşayan bir tələbənin həyatından bəhs edir. Bizim nəşriyyat üçün Qan Turalının imzasının xüsusi yeri var”. Qan Turalı çıxışında bildirib ki, müəllifin öz kitabı haqda danışması asan deyil: ““Mustafa” romanını 25 yaşımda başlayıb, 27 yaşımda bitirmişəm. Mən həyatda, siyasətdə gördüyüm faciələri ədəbiyyata gətirmək istəmişəm. 1990-cı illərdən sonra Azərbaycanda çox böyük kataklizmlər yaşandı. Bayrağımız, gerbimiz, əlifbamız dəyişdi. Mən 70-80-ci illərdə doğulmuş nəslin yeni dövrdəki faciəsini, yaşadığı təbəddülatları “Mustafa”da göstərməyə çalışmışam”. Sonra tənqidçi Əsəd Cahangir çıxış edib. O bildirib ki, “Mustafa” romanı Qan Turalının ikinci nəsr əsəridir: ”Birincisi “Çiyələkli gecənin pornoqrafiyası” əsəri idi. Bu romanda Qan Turalı həm öz yaradıcılığında, həm də Azərbaycan ədəbiyyatında bir yeniliyə imza atıb. “Mustafa” romanında Qan Turalının daxili və ruhi, eyni zamanda dil baxımından təmizlənməsini gördüm. Bu romanı birnəfəsə oxudum”. Tənqidçi deyib ki, “Mustafa”da müəllif ilk dəfə olaraq Qərb və Şərq filosofları ilə dialoqa girir: “Adətən inqilabi ruhda yazılmış əsərlərdə məğlubiyyət etiraf olunmur. Amma etirafın özü də həqiqəti daha yaxından görmək və onunla barışmaq deməkdir. Kitabın titul səhifəsində yazılmış ön söz belə bitir: “Mübarizə mütləq, məğlubiyyət labüddür”. Bu cümlədə həm tezis, həm anti-tezis, həm də romanın bütün ideyası var. Biz məğlub olmuşuq. İlk dəfə olaraq Azərbaycan ədəbiyyatında məhz bu romanla məğlubiyyətimiz etiraf olunur”. Çıxışlardan sonra Qan Turalı kitabın redaktorları Mirmehdi Ağaoğlu və Şərif Ağayara xüsusi təşəkkürünü bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi