Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov və birliyin layihələr üzrə koordinatoru Ülkər Xanlarova 8-12 dekabr tarixlərində Nepalın Xatmandu şəhərində keçirilən "XX Dünya Gəncləri Forumun”da iştirak edib.
AZXEBER.COM xəbər verir ki, forumun əsas müzakirə mövzusu pandemiya sonrası ölkələrdə qan donorluğunun vəziyyəti, yeni müştərək layihələr və təcrübə mübadiləsi olub.
Forum iştirakçıları layihə çərçivəsində Nepalın Milli Qırımızı Xaç Cəmiyyəti və Mərkəzi Qan Bankında rəsmi görüşlərdə olublar.
Qeyd edək ki, forumun tərəfdaşları Qan Donorları Cəmiyyətlərinin Beynəlxalq Federasiyası, Beynəlxalq Gənclər Komitəsi və Nepal Milli Qan Donorları Cəmiyyəti olmuşdur.
Azərbaycanlı nümayəndə heyəti Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə forumda iştirak etmişdir.