Qanunsuz it döyüşləri təşkil edənlər həbs edildi - RƏSMİ

SOSİAL
19:06 28.05.2020
727
Abşeronda qanunsuz it döyüşləri keçirənlər barədə həbs qətimkan tədbiri seçilib.

AZXEBER.COM xəbər verir ki,  bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis-leytenantı Zeyni Hüseynov məlumat verib.

O bildirib ki, şəxsi axtarış zamanı Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyevdən narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb:

"Faktla əlaqədar cinayət məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ) maddəsi ilə cinayət işi başlanılıb və Mətləb Əliyev barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev və  Murad Ştayev isə aparılan araşdırma ilə əlaqədar izahatlarının alınması üçün polisə dəvət edilərkən qəsdən tabeçilik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmayıblar. Onların hər biri barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və məhkəmənin qərarı ilə bir ay müddətinə inzibati qaydada həbs ediliblər”.

Xatırladaq ki, it döyüşlərini əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və  polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən edilərək saxlanılıb.

OXŞAR XƏBƏRLƏR