Qanunsuz ovla məşğul olan 4 nəfər saxlanıldı

Qanunsuz ovla məşğul olan 4 nəfər saxlanıldı
Bütün Xəbərlər
11:54 03.03.2015
788
“Cərimə olunublar”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz ov hallarının qarşısını almaq məqsədilə 25 fevral - 02 mart 2015-ci il tarixlərində növbəti reydlər keçirilib.
Bu barədə AZXEBER.COM -a nazirlikdən məlumat verilib.
Belə ki, reydlər zamanı aşağıda adıçəkilən şəxslər cərimə olunub:
Qəbələ rayonu ərazisində keçirilmiş reyd zamanı ov edən Qəbələ rayon Nic qəsəbə sakini Olik Seyranov saxlanılıb və ondan 1 ov tüfəngi götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.
Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd zamanı ov edən Masallı rayon sakinləri Zamin Abbasov və Yaşar Qafarov saxlanılaraq onlardan 2 ov tüfəngi, 51 patron və 2 ədəd ovlanmış qaşqaldaq quşu götürülüb. Qanun pozucuları barəsində müvafiq qaydada akt, protokol tərtib olunub və təqsirkar şəxslər ümumilikdə 2000 manat məbləğində cərimə edilib.
Qəbələ rayonu Kürd kəndi ərazisində keçirilmiş reyd zamanı isə ovla məşğul olan Qəbələ rayon Mamayıl kənd sakini Şafiq Zahidov saxlanılıb və ondan 1 ov tüfəngi götürülüb. İnzibati xətaya yol vermiş şəxs barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, qanunsuz ov hallarının qarşısını almaq məqsədilə respublika ərazisində reydlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR