Qar da qadınları təbrik etdi

Qar da qadınları təbrik etdi
Bütün Xəbərlər
10:20 08.03.2012
1248

Bakıya yenidən qar yağır. Dünən axşam saatlarından başlayan sulu qar artıq qara çevrilib. Hazırda Bakıda qarla yanaşı külək müşahidə olunur.

AZXEBER.COM-un Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında bu gün-8 Mart Beynəlxalq Qadınlar Bayramında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi, axşama doğru isə tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-2 dərəcə isti, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraitinin respublikanın şimal rayonlarından başlayaraq fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR