Qar Şərqi Avropanı cənginə alıb

DÜNYA
16:00 23.12.2012
1510
Qarlı və şaxtalı hava bu dəfə Şərqi Avropanı cənginə alıb. Qarlı və şaxtalı hava nəticəsində ümumilikdə Şərqi Avropada 200-dək insan həyatını itirib. Sinoptiklər yenə də bədbin proqnoz veriblər. Onlar belə şaxtalı havaların gələn həftənin ortalarınadək davam edəcəyini proqnozlaşdırırlar. Şərqi Avropada yağan aramsız qar və yüksək şaxtalı temperatur Ukrayna və Bolqarıstanda həyatı iflic edib. Çovğunlu hava şəraiti həftənin ilk günlərindən başlayaraq Bolqarıstanda elektrik təchizatında ciddi problemlər yaradıb, ölkənin şimalindaki əksər avtomobil yolları qar altında qalıb. Sərhəd buraxılış məntəqələri o cümlədən gömrük məntqələri bağlanıb. Paytaxtın şimalında yerləşən Kamenar əyalətində əksər yollar qar səbəbindən keçilməz olub. Bəzi yolların 2 günə yaxın bağlı olması nəticəsində xeyli sayda insan evə qayıda bilməyib. Ölkənin Ruen rayonunda 30-a yaxın kənd işıqsız qalıb. Əksər kəndlərin su təchizatının da kəsildiyi bildirilir. Bununla belə sinoptiklər gələcək hava durumu barədə nikbin xəbərlər vermir. Qarşıdaki günlərdə Bolqarıstanda şaxtanın - 17 dərəcəyə qədər düşəcəyi proqnozlaşdırılır. Oxşar problemlərlə üzləşən Ukraynada rəsmilər dekabr ayında soyuqlarla əlaqədar ölənlərin sayının 83 nəfərə çatdığını açıqlayıb. Donvurma qurbanlarının çoxunu səfil həyatı sürən evsizlər təşkil edir. Paytaxt Kiyevin metereoloji stansiyası ölkə ərazisində qar səviyyəsinin rekord göstəricilərə çatdığını bildirib.

OXŞAR XƏBƏRLƏR