Azərbaycanın şimal rayonlarında güclü qar yağır. Gecə saatlarından yağmağa başlayan qar hazırda Quba, Qusar, Xaçmaz rayonlarında küləklə müşayiət olunur. ETSN-nin Quba Ərazi Hidormeterologiya mərkəzindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Qubada qarın hündürlüyü 10 sm, Qusar 19 sm-dir. Yerli sakinlər isə bildiriblər ki, Xaçmazda da qar yağır, qarın hündürlüyü burada 10 sm-ə çatır.