Qarabağ atları və milli musiqimiz Avropada - FOTOLAR

Qarabağ atları və milli musiqimiz Avropada - FOTOLAR
SOSİAL
15:58 24.05.2026
448
Almaniyanın Aachen şəhərində keçirilən və dünya atçılıq idmanının ən nüfuzlu tədbirlərindən biri hesab olunan CHIO Aachen çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının 150 nəfərdən artıq nümayəndə heyəti uğurla iştirak edib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından APA-ya verilən xəbərə görə, 1898-ci ildən təşkil olunan və artıq bir əsrdən çox tarixə malik olan CHIO Aachen beynəlxalq atçılıq aləmində "Atçılıq idmanının Wimbledonu” kimi tanınır. Avropanın ən mötəbər konkur yarışlarından biri hesab edilən bu möhtəşəm tədbirdə dünyanın aparıcı ölkələrinin atçılıq nümayəndələri, həmçinin dünya reytinqində ilk 100-lükdə qərarlaşan tanınmış idmançılar iştirak ediblər.

Yarışlar Almaniyanın məşhur Soers kompleksində yerləşən, 40 min tamaşaçı tutumuna malik Hauptstadion arenasında keçirilib.

Tədbir çərçivəsində təşkil olunan və James Bond mövzusuna həsr edilən xüsusi "Horse & Symphony” proqramı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin CHIO Aachen orkestr kollektivi ilə birgə çıxışı tamaşaçılar tərəfindən alqışlarla müşayiət olunub, təqdim edilən musiqi kompozisiyaları tədbirə xüsusi rəng qatıb.

Azərbaycanın qədim atçılıq ənənələrini özündə əks etdirən Qarabağ və Dilbaz atları xüsusi maraq doğurub, milli musiqi elementləri və mədəni kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Qarabağ və Dilbaz atlarının zərifliyi, çevikliyi və estetik görünüşü Azərbaycanın zəngin atçılıq mədəniyyətinin beynəlxalq arenada nümayişi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Qeyd edək ki, Aachen şəhəri 2026-cı ildə keçiriləcək FEI Dünya Atçılıq Çempionatına da ev sahibliyi edəcək. Bu baxımdan CHIO Aachen hazırda dünya atçılıq ictimaiyyətinin əsas diqqət mərkəzlərindən biri hesab olunur və burada Azərbaycan nümayəndə heyətinin iştirakı ölkəmizin beynəlxalq idman və mədəniyyət sahəsində artan nüfuzunun daha bir göstəricisi kimi dəyərləndirilir.
 










OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı