"Qarabağ" Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazandı

"Qarabağ" Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazandı
İDMAN
23:57 09.08.2022
416
"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.
 
AZXEBER.COM xəbər verir ki, "köhlən atlar" Macarıstanda "Ferentsvaroş" klubunun qonağı olub. "Groupama Arena"da keçirilən və ispaniyalı FIFA referisi Karlos del Serronun idarə etdiyi görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça sürətli başlayan Ağdam klubu 2-ci dəqiqədə Ramil Şeydayevlə qola yaxın olub. Lakin 26 yaşlı hücumçunun zərbəsi qapının üstündən keçib. Buna baxmayaraq, "Qarabağ” 5 dəqiqə sonra istəyinə çatıb. Rəqibi əks-hücumda yaxalayan qonaqlar Abdullah Zubirin qolu ilə hesabı açıblar. Fransalı yarımmüdafiəçi Kadi Borgesin məhsuldar ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Buraxılan qoldan sonra təzyiqi artıran meydan sahibləri 9-cu dəqiqədə hesabı bərabərləşdirə bilərdi. Amma Eldar Çiviçin başla vurduğu topu Şahruddin Məhəmmədəliyev tutub. Ardınca isə qolkiper təqribən eyni epizodda bu dəfə Kristofer Zakariasenin fərqlənməsinə mane olub. 30-cu dəqiqədə Azərbaycan millisinin qapıçısı növbəti dəfə diqqət mərkəzinə düşüb. O, Tokmak Nquenlə üzbəüz epizodda komandasını qoldan xilas edib. 32-ci dəqiqədə Zubir yaxın küncü dəqiq nişan alsa da, Deneş Dibus qola mane olub. 44-cü dəqiqədə əvvəlcə Zubir, ardınca isə Borges qapıçı səddini keçə bilməyib və ilk hissə "Qarabağ”ın minimal hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci yarıya da əla start verən "köhlən atlar” 49-cu dəqiqədə rəqibə təhlükə yaşadıb. Amma Kadi Borgesin zərbəsində azacıq dəqiqlik çatmayıb. 55-ci dəqiqədə isə Qurban Qurbanovun baş məşqçi olduğu komanda 2-ci qolu "Ferentsvaroş”un qapısından keçirib. Bu dəfə Borgesin məhsuldar ötürməsini İbrahima Vadji tora göndərib. 59-cu dəqiqədə Məhəmmədəliyev Nquenin hesab arasındakı fərqi azaltmasına imkan verməyib. 65-ci dəqiqədə Riçard Almeydanın zərbəsi rəqib müdafiəçiyə dəyib istiqamətini dəyişsə də, Dibus barmaqlarının ucu ilə topu küncə çıxarıb. Hücumun davamında künc nöqtəsindən ötürülən topa Vadji başla zərbə endirib. Lakin top qapı dirindən meydanı tərk edib. 75-ci dəqiqədə Vadjinin dubl etməsinin qarşısını müdafiəçilər alıblar. Buna baxmayaraq, seneqallı forvard 3 dəqiqə baxımlı hücumu məntiqi sonluqla başa çatdırıb. 27 yaşlı hücumçu Şeydayevin ötürməsini qapıdan keçirib. 83-cü dəqiqədə meydanda insident baş verib. "köhlən atlar"ın hücumu zamanı Abdullah Zubir rəqibin cərimə meydançasında yerə yıxılıb. Həmin vaxt Budapeşt təmsiçisinin müdafiəçisi Endre Botka fransalı yarımmüdafiəçiyə yaxınlaşaraq, ondan kobud formada ayağa qalxmasını tələb edib. Ramil Şeydayev isə Botkaya yaxınlaşaraq, onu itələyib. Nəticədə baş hakim hər iki futbolçuya sarı vərəqə göstərib. 86-cı dəqiqədə görüşdə 4-cü qol vurulub. Adama Traore hesab arasındakı fərqi azaldıb.

Beləliklə, Bakıdakı matçda rəqibi ilə 1:1 hesablı heç-heçə edən "Qarabağ” səfər qələbəsindən sonra adını pley-offa yazdırıb. Ağdam təmsilçisi bu raundda Çexiyanın "Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb