Qarabağ Gənclər İctimai Birliyi yaradıldı

GƏNCLİK
21:21 11.02.2013
1816

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ Gənclər İctimai Birliyinin təqdimat mərasimi keçirilib. 

AZXEBER.COM-un məlumatına görə, təqdimatda çıxış edən ictimai birliyin sədri Altun Əliyev bildirib ki, əsas məqsəd Azərbaycan xalqının vahid problemi olan Qarabağ probleminin həlli yolunda gənclərin də rolunu və töhfələrini təmin etməkdir: “Həmçinin ölkə başçısı İlham Əliyevin bu məsələdə göstərdiyi siyasətə gənclər olaraq dəstək olmaqdır. Biz çox istəyirik ki, gənclər ordusu olaraq bu problemdə hər birimiz vahid və eyni mövqedən iştirak edək. Çalışacağıq ki, Qarabağ problemini tək ölkəmizdə yox, dünyanın bütün ölkələrində layiqincə təbliğ edək”. Birlik sədri vurğulayıb ki, qarşıdan Xocalı soyqırımı gəlir və bu münasibətlə birlik üzvləri Türkiyədə gənclərlə bir sıra görüşlər keçirəcək. “Biz bu münasibətlə Türkiyənin bir neçə telekanalında da iştirak edəcəyik. Çalışacağıq ki, bu problemi Türk qardaşlarımız vasitəsilə də təbliğ edək”.

Daha sonra çıxış edən Azərbaycan Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi İlqar İlkin, Azərbaycan Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, Türk Eli jurnalının baş redaktoru Nicat Göyüşlü və AzMİU TGT sədri Asif Səfərli İctimai Birliyi təbrik edərək gələcək işlərində uğurlar arzulayıblar.

OXŞAR XƏBƏRLƏR