“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə

“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
SOSİAL
17:04 17.07.2026
651
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin vəfatının 100 illiyinə həsr olunmuş "Sözün aşığı – Sazın aşığı” adlı tədbir keçirilib.

Tədbirdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, o cümlədən yazıçı Sarvan Səxavət də iştirak edib.

AZXEBER.COM tədbir çərçivəsində yazıçı Sarvan Səxavətlə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- 80 yaşınızda Şuşada olmaq necə hissdir?

- Şuşa elə bir məkandır ki, burada insanın hansı yaşda olmasının heç bir əhəmiyyəti yoxdur. Ana nənəmin evi, ata nənəmin isə məhləsi Şuşada olub. Uşaqlıqda necə hisslər keçirirdimsə, bu gün də eyni hissləri yaşayıram. Şuşa elə bir yerdir ki, insanın duyğularını özü diqtə edir. 

- Şuşanı hansı şeiriniz və ya əsəriniz ilə təsvir edərdiniz?

– Müəllifi dəqiq bilinməyən bir şeir var. Mən Şuşanı həmin misralarla təsvir edərdim:

Keçmə şairindən, müğənnisindən,
Könlümü bu yerə bağlar, deyiblər.
Uşağı ağlatsan Qarabağda sən,
Muğamat üstündə ağlar, deyiblər.

Mənim üçün Şuşa elə budur. Çünki muğam mənə görə kosmik bir musiqidir. Şuşa isə mənim üçün sanki yarı kosmik bir məkandır. Hazırda səsimdə problem var. Amma Şuşaya gələndə səsimi yoxlayanda gördüm ki, buranın havası sanki səsimə müalicə edib. 

– Bəhram Nəsibovun "Anadır arzulara hər zaman Qarabağ” misrası ilə başlayan məşhur mahnısı var. Bəs sizin bu yaşda həyata keçməyən hansısa arzunuz qalıbmı?

– Qarabağla bağlı artıq heç bir arzum qalmayıb. Çünki ən böyük arzumuz gerçəkləşdi, problem həllini tapdı. Hər zaman deyirdim ki, Qarabağ haqqında ən böyük əsər yazılmalıdır. Amma bu, bədii əsərdən çox, Azərbaycan əsgərinin və Ali Baş Komandanın tarixi xidmətlərinə həsr olunmuş bir əsər olmalıdır. Belə də oldu. Ümumiyyətlə isə mənim yalnız bir arzum qalıb - vahid Azərbaycanı görmək.

Bir məqamı da qeyd edim ki, "Qarabağ şikəstəsi” yalnız Yuxarı Qarabağa aid anlayışdır. Bəhram Nəsibovun bəstələdiyi mahnıda isə söhbət bütövlükdə Qarabağdan gedir. Musiqi baxımından onun coğrafiyası daha genişdir.

Hacıbəy Heydərli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı