Avropa Liqası: "Qarabağ" ilk xalını qazandı

Avropa Liqası: "Qarabağ" ilk xalını qazandı
İDMAN
23:35 03.12.2020
827
UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun "Qarabağ" - "Makkabi" oyununda ikinci hissə start götürüb.

İlk yarıdan sonra hesab bərabərdir - 1:1.

22:42
UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun "Qarabağ" - "Makkabi" oyununda birinci hissə başa çatıb.

Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

22:35
UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun "Qarabağ" - "Makkabi" oyununda hesab dəyişib.

37-ci dəqiqədə Ağdam klubunun yarımmüdafiəçisi Xayme Romero tarazlığı bərpa edib.

22:18
UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun "Qarabağ" - "Makkabi" oyununda hesab açılıb.

22-ci dəqiqədə qonaqların heyətində Yonatan Koen penaltidən fərqlənib.

21:55
UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ" və İsrailin "Makkabi" (Tel-Əviv) komandası arasında keçirilən oyun start götürüb.

AZXEBER.COM-un məlumatına görə, Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayıb.

Qeyd edək ki, Ağdam klubu Azərbaycandakı hərbi vəziyyət rejimi ilə bağlı rəqibini qardaş ölkədə qəbul edir.
OXŞAR XƏBƏRLƏR