"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək

"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
İDMAN
01:25 31.07.2026
193
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ" Bolqarıstanda ÇSKA (Sofiya) ilə cavab oyununa çıxıb.

AZXEBER.COM xəbər verir ki, Sofiyadakı "Vasil Levski" stadionunda keçirilən qarşılaşmanın əsas vaxtında hesab açılmayıb - 0:0.

Bakıda keçirilən ilk görüş də qolsuz heç-heçə ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Lakin hər biri 15 dəqiqədən ibarət iki hissədə də hesab dəyişməyib və cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib.

11 metrlik cərimə zərbələrində daha dəqiq oynayan Bolqarıstan təmsilçisi 5:4 hesablı qələbə qazanaraq UEFA Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Bununla da "Qarabağ" Avropa Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi çıxışını UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Komanda bu raundda Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 6-da və 13-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR