Xəbər verdiyimiz kimi, bir neçə gün öncəAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında benzin tökərək özünü yandıranIII qrup Qarabağ əlili Zaur Həsənov dünyasını dəyişib.
Bu haqda AZXEBER.COM-a mərhumun yaxınları məlumat verib.
Qeyd edək ki, əlilin atası Həsən Həsənov isə deyib ki, oğlunun özünü yandırmasına səbəb deputat, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin onun əlindən obyektini almasıdır. O deyib ki, deputat Bibiheybət qəsəbəsində yerləşən bu yerin istirahət mərkəzi üçün söküləcəyini və əvəzində ona yeni obyekt tikiləcəyi vəd edib. Amma obyekt söküləndən sonra orada heç nə tikilməyib, əlil üçün də əlavə obyekt tikilməyib. Bir il davam edən məhkəmə prosesində Zaur Həsənovun iddiaları təmin olunmayıb.
**
AZXEBER.COM xəbər verir ki, "Deyerler.org"un əməkdaşının verdiyi məlumata görə, artıq qazinin cənazəsi Göy məscidə meyid qüslu verilməsi üçün aparılıb. Qazinin cənazisini yaxınlarının etirazına baxmayaraq tez bazar xəstəxanadan uzaqlaşdırıblar. Xəstəxana önünə isə qazinin yaxınları ilə yanaşı xeyli sayda Qarabağ qazisi toplaşıb.