"Qarabağ” klubunun rəhbərliyi futbolçularına mətbuata danışmaq, müsahibə vermək qadağası qoyub.
AzxeberSport-un əməkdaşı "Qarabağ"ın futbolçusu Mahir Emrelidən müsahibə almaq üçün klubun mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxlayıb.
O bildirib ki, klub futbolçulara mediaya müsahibə vermək qadağası qoyub: "Futbolçularımız yalnız oyunsonrası açıqlamalar verə bilər. Ümumi ve geniş müsahibəyə isə klub rəhbərliyi icazə vermir".
Qeyd edək ki, bundan öncə də bu cür analoji hal yaşanmışdı.