BAKU AZƏRBAYCAN
9°C
euro 1.8385
dollar 1.7000
rubl 0.0220
lirə 0.2518

“Qarabağ” rekordunu təkrarladı

“Qarabağ” rekordunu təkrarladı
İDMAN
19:30 16.02.2020
6217
"Qarabağ” klub tarixinin rekordunu təkrarlayıb.

AZXEBER.COM Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna Premyer Liqada XVII turun "Zirə” ilə oyununda nail olub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv rəqib qapısından 6 cavabsız top keçirib.

Bu, "Qarabağ”ın Azərbaycan çempionatlarında səfərdə qələbə qazandığı ən böyükhesablı nəticələrin təkrarıdır. Ağdamlılar bunadək iki dəfə də belə fərqlə meydan sahiblərini məğlub edib. Hər iki oyun ötən mövsümə təsadüf edib. 2018-ci il dekabrın 9-da indiki kimi "Zirə”, 2019-cu il aprelin 1-də isə "Sumqayıt” öz meydanında "Qarabağ”ın 6 qoluna üzülüb.

Qeyd edək ki, öz rekordunu təkrarlayan son çempion həm də mövsümün ən böyükhesablı qələbəsini qazanıb. Bunadək cari çempionatın rekordu 4:0 hesabı olub. III turda "Qarabağ” "Səbail”i, "Keşlə” "Qəbələ”ni yenib. Hər iki matçda qonaqlar qalib gəliblər.

OXŞAR XƏBƏRLƏR