Misli Premyer Liqasının VI turunda "Qarabağ" "Şəfa"ya qalib gəlib.
AZXEBER.COM xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
61-ci dəqiqədə əllə oyuna görə təyin olunan penalti zərbəsini Marko Yankoviç qola çevirib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 13 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 3 xalı olan "Şəfa" isə onuncudur.
Qeyd edək ki, turun açılış matçında "Neftçi" "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.











































