“Qarabağ” üçün həlledici oyun: “Dinamo”nu keçmək mümkündürmü?

“Qarabağ” üçün həlledici oyun: “Dinamo”nu keçmək mümkündürmü?
İDMAN
16:20 13.08.2026
282
Xəbər verdiyimiz kimi, bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ” və Kiyev "Dinamo”su Bakıda üz-üzə gələcək.

Komandalar arasında Polşada keçirilən ilk qarşılaşma Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ”ın növbəti mərhələyə yüksəlməsi üçün bu nəticəni aradan qaldırması və cavab oyununda üstünlük qazanması tələb olunur.
Maraqlıdır, "Qarabağ” doğma meydanda "Dinamo” üzərində qələbə qazanaraq mərhələni keçə biləcəkmi?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan idman jurnalisti Anar Xanlarov bildirib ki, qarşılaşma "Qarabağ” üçün kifayət qədər çətin olacaq:

"Çox çətin oyun olacaq. "Qarabağ”da hazırda yenilənmə gedir, xeyli futbolçu gedib, yerinə yenilər gəlib. Gələnlər də hələ ki, tam uyğunlaşa bilməyib. "Dinamo” əslində keçilməsi mümkün olan komandadır. İlk oyunda biz özümüz qələbəni onlara hədiyyə etdik”.

A.Xanlarov qeyd edib ki, komandanın heyət seçimi və taktiki planı da oyunun nəticəsinə ciddi təsir göstərəcək:

"Bakıda yəqin ki, qapanacaqlar. Bu baxımdan erkən qol vacibdir. "Qarabağ” ilk 15 dəqiqə ərzində qol vura bilsə, bu oyunu rahat aparacaq. Əks halda çətinlik çəkəcək. Heyət seçimindən də çox şey asılıdır. Kaşukla starta başlamaq çox riskli olardı. Silvanın hansı mövqedə oynayacağı da maraqlıdır. Hər halda, seçim yenə Qurban Qurbanovundur. Ümid edək ki, onun seçdiyi taktika "Qarabağ”a qələbə gətirəcək”.


Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR