Qarabağ Universiteti beynəlxalq akkreditasiya sahəsində ilk uğurunu əldə etdi

Qarabağ Universiteti beynəlxalq akkreditasiya sahəsində ilk uğurunu əldə etdi
SOSİAL
17:03 06.01.2026
287
Qarabağ Universiteti beynəlxalq keyfiyyət təminatı və qlobal tanınma istiqamətində mühüm nailiyyətə imza atıb. Universitetin Biznes və iqtisadiyyat fakültəsinin "Mühasibat” və "Maliyyə” ixtisasları dünyanın ən nüfuzlu peşəkar maliyyə qurumlarından biri olan ACCA (The Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) tərəfindən akkreditə olunub.

AZXEBER.COM xəbər verir ki, bu akkreditasiya Qarabağ Universitetində hər iki ixtisas üzrə tədris olunan proqramların akademik məzmununun, təlim nəticələrinin və qiymətləndirmə mexanizmlərinin ACCA-nin beynəlxalq standartlarına tam uyğun olduğunu təsdiqləyir.

Akkreditasiya çərçivəsində "Mühasibat” və "Maliyyə” ixtisasları üzrə gələcək məzunlar 5 il müddətində ACCA-nin imtahanlarından (Business and Technology, Management Accounting, Financial Accounting, Corporate and Business Law) azad olunacaqlar.

Bu mühüm üstünlük tələbələrimizə beynəlxalq peşəkar sertifikatlaşma yolunda vaxt və resurslara qənaət etməklə yanaşı, onların qlobal əmək bazarında rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.

ACCA akkreditasiyası Qarabağ Universitetinin beynəlxalq ali təhsil məkanına inteqrasiyasını gücləndirməklə yanaşı, tələbələrimiz üçün qlobal tanınma, geniş karyera imkanları və beynəlxalq maliyyə institutlarında çalışma perspektivləri yaradır.

Qeyd edək ki, Qarabağ Universitetində tədrisin keyfiyyətinin davamlı yüksəldilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və tələbələr üçün qlobal imkanların açılması istiqamətində fəaliyyətlərə xüsusi önəm verilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
13:59 18.09.2026
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
13:53 18.09.2026
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
13:52 18.09.2026
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR
13:17 18.09.2026
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR