Misli Premyer Liqasında 2-ci turdan təxirə salınmış "Sabah” - "Sumqayıt” və "Qarabağ” - "Kəpəz” qarşılaşmalarının vaxtı açıqlanıb.
AZXEBER.COM PFL-in saytına istinadən xəbər verir ki, hər iki matç eyni gündə - dekabrın 17-də keçiriləcək.
17 dekabr (cümə axşamı)
"Sabah” – "Sumqayıt”
"Dalğa Arena”, 15:00
"Qarabağ” – "Kəpəz”
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30











































