Qarabağ və Türkiyə - Azərbaycan Universitetindən gözləntilər nədir? - Ekspert açıqladı

SOSİAL
16:34 23.08.2024
1756
Xəbər verdiyimiz kimi, ötən gün - avqustun 22 də ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb. Bu barədə DİM (Dövlət İmtahan Mərkəzi) məlumat yayıb. Universitet seçimlərinə bu il Qarabağ və Türkiyə-Azərbaycan universitetləri də əlavə olunub. 

Bəs yeni universitetlərin yaradılması qəbula necə təsir edib? Ümumi vəziyyəti nəzərə alanda öncəki illərə nisbətdə qəbul ballarında artma, yoxsa azalma mövcuddur? Qarabağ və Türkiyə-Azərbaycan universitetinə qəbul balları digər universitetlərlə müqayisədə necədir?
 
Təhsil eksperti Elçin Əfəndi AZXEBER.COM-a açıqlamasında qeyd olunan suallarla bağlı fikirlərini bildirib. 

O qeyd edib ki, yeni yaradılan universitetlərə olan gözləntilər özünü olduqca doğruldub:
 
"Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbulun 1-ci turunun cavabları dünən açıqlanıb. Gözləntilərimiz təbii ki, əsasən Qarabağ Universitetini və Türkiyə-Azərbaycan Universitetini formalaşdıracaq keçid balları ilə əlaqəli idi. Bilirdik ki, burada müəyyən artım qeydə alınacaq. Artım dedikdə ixtisaslar üzrə keçid balının yüksək olmasını nəzərdə tuturuq. Gözləntimiz özünü doğruldub. İstər Qarabağ, istərsə də Türkiyə-Azərbaycan universitetində keçid balları digər universitetlərə nisbətdə yeni yaradılan universitetə görə olduqca normaldır. Qarabağ universitetində qəbul ballarını Azərbaycanın müxtəlif region universitetləri, habelə Bakıda olan mövcud universitetlərlə müqayisə etsək, olduqca yüksəkdir. O cümlədən Türkiyə-Azərbaycan universitetində də eyni prinsip mövcuddur”. 

Ekspert bildirib ki, demək olar bütün ixtisaslar üzrə bu il keçid balları artıb:
 
"Bəzi yerlərdə 20-30, bəzilərində isə 50-60 bala qədər artım müşahidə olunur. Ümumi vəziyyət ondan ibarətdir ki, artıq 1-ci turdan sonra bəzi ixtisas qrupları üzrə boş qalan yerlər var. Əsasən I ixtisas qrupu üzrə 1630 yer, II ixtisas qrupu üzrə 387 yer, III ixtisas qrupu üzrə 590, IV ixtisas qrupu üzrə isə 450 boş qalan yer var”. 

"Bu plan yerlər üçün avqustun 28-dən sentyabrın 2-si saat 23:59-a qədər yenidən müsabiqə aparılacaq. Həmin müsabiqədə abituriyentlər iştirak edib boş qalan yerlərdə oxuma şansı əldə edə bilərlər", - deyə o vurğulayıb.
 
Oksana Orucova


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb