"Qarabağda yeni müharibə dağıdıcı nəticələrə gətirib çıxara bilər"

Bütün Xəbərlər
07:30 09.02.2011
1645

Beynəlxalq Böhran Qrupu Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyətinə dair hesabatını açıqlayıb. Hesabatda qeyd edilib ki, cəbhə xəttində toqquşmaların artması, tərəflərin sürətlə silahlanması, habelə hərbi ritorika Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların bərpa edilməsi şanlarını artırır. Bu isə regiona dağıdıcı nəticələr gətirə bilər. Hesabatda 2010-cu ildə bu vəziyyətin pisləşdiyi qeyd edilib: “Hər iki tərəfin hərbi potensialının artması Cənubi Qafqazda 1992-1994-cü illərdə baş vermiş münaqişədən daha təhlükəli toqquşmaya gətirib çıxara bilər. Tərəflərin heç birinin asan və tez qələbə əldə etmək şansı olmayacaq. Hətta tərəflər kütləvi hücum əməliyyatları planlaşdırmasalar belə, vəziyyət nəzarətdən çıxa bilər”. 

Hesabatda qəfil müharibənin başlanma şansını azaltmaq üçün nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də qarşılıqlı etimad mühitinin yaradılmasına addımlar atılmalı olduğunu qeyd edilir. 

BBQ hesab edir ki, silahlanma yarışı onsuz da incə olan bu vəziyyəti gərginləşdirəcək: “Sülh danışıqlarının aparılmaması istənilən an qəfil müharibənin başlanmasını və ya yaxın illərdə ümumi hücum əməliyyatlarının mümkünlüyünü artırır. Rusiya, ABŞ, Türkiyə və Avropa Birliyi bu ssenarinin qarşısını almağı istisna prioritet məsələ kimi nəzərdən keçirməlidir”. 

 

OXŞAR XƏBƏRLƏR