Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün işini yekunlaşdıran “İpək yolunun tamı: Kulinariya, mədəniyyət və turizm” adlı beynəlxalq konfransda deyib: “Ermənistan tərəfindən işğal olunmuş torpaqlar beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul olunur, Ümumdünya Turizm Agentliyi də beynəlxalq qanunlar çərçivəsində fəaliyyət göstərir. Bu baxımdan Dağlıq Qarabağa aldadılaraq aparılan adamlar nə tanınır, nə qeydə alınır, nə də onların təhlükəsizliyi təmin olunur”.Nazir eyni zamanda Qarabağın mətbəx ənənələrinin Azərbaycan mətbəxinin ayrılmaz hissəsi olduğunu qeyd edərək, Ermənistanın işğalçılıq siyasəti nəticəsində bu cür məsələlərin yerində qiymətləndirilmədiyini bildirib. Bununla yanaşı, nazir kulinarlarımızın Qarabağ mətbəxinin təbliği üçün çoxsaylı işlər gördüyünü vurğulayıb.