Xəbər verdiyimiz kimi, bu gün Lüksembuqda "Dudelanj” - "Qarabağ” oyununda ermənilər tərəfindən təxribat törədilib.
Stadionda matçı izləyən azarkeşlərin AZXEBER.COM-a verdiyi məlumata görə, qondarma respublikanın bayrağını dronla idarə edən şəxs stadionda olmayıb. O stadiona bitişik yerləşən Tennis mərkəzinin eyvanından dronu idarə edirmiş.
Bu təxribat zamanı azərbaycanlı azarkeşlər meydana daxil olaraq, bayrağı aşağı salmağa çalışıb. "Qarabağ”ın futbolçusu Riçard Almeyda azarkeşlərin qarşısını kəsib və onlardan yerlərinə dönməsini xahiş edib.
Kapitan Rəşad Sadıqov isə tribunaya yaxınlaşaraq, azarkeşlərdən sakitləşməyi tələb edib.
Klubun prezidenti Tahir Gözəl deyib ki, məsələylə bağlı UEFA-ya müraciət edililib. O bildirib ki, həmin tennis mərkəzi "Düdelanj”a aiddirsə, klub ciddi cəzalanacaq.
Azarkeşlərin stadiondan çəkdiyi özəl videonu təqdin edirik: