Qarabağda 29 məktəb, 23 bağça açılır – Emin Əmrullayev

Qarabağda 29 məktəb, 23 bağça açılır – Emin Əmrullayev
SOSİAL
15:26 14.09.2026
431
"İşğaldan azad edilmiş ərazilərdə 23 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərəcək"

Bu il işğaldan azad edilmiş ərazilərdə daha 11 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayacaq.

AZXEBER.COM xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, ötən illərdə işğaldan azad edilmiş ərazilərdə 12 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. Bu il daha 11 müəssisənin həmin sıraya qoşulması ilə ümumilikdə 23 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərəcək. Həmin müəssisələrdə 408 uşaq təhsil alacaq.

Emin Əmrullayevin sözlərinə görə, sentyabrın 15-nə olan məlumata əsasən, ümumi təhsil müəssisələrində 4 minə yaxın şagird təhsil alacaq. Oktyabr, noyabr və dekabr aylarında da köç proqramına uyğun olaraq yeni məktəblərin fəaliyyətə başlaması nəzərdə tutulur.

"Bununla da 29 ümumi təhsil müəssisəsində təhsilimiz davam edəcək. Yəni bütün işğaldan azad olunmuş bölgələri əhatə etməklə”, – nazir deyib.

Nazir son illərdə 1,5 milyondan çox şagirdin təlim şəraitinin yaxşılaşdırıldığını bildirib:
"Son 25 ildə 4 minədək məktəb binası tikilib. Bu il ərzində 600-dək məktəbdə təmir işləri aparılıb. 37 yeni tədris ilində fəaliyyətə başlayan müəssisə var. 41 müəssisədə təmir-tikinti işləri davam etdirilir. 125 müəssisədə layihələndirmə aparılır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
17:18 30.10.2026
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
17:00 30.10.2026
Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
16:33 30.10.2026
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
Prezident onları təltif etdi - Adlar
16:17 30.10.2026
Prezident onları təltif etdi - Adlar
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
16:06 30.10.2026
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
16:03 30.10.2026
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:22 30.10.2026
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
14:16 30.10.2026
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!