İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.
AZXEBER.COM erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbçilərin qalıqları Hadrut qəsəbəsində aşkar edilib.
Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.
Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1685 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.