Qarabağda yeni tədris ili: 15 təhsil müəssisəsi fəaliyyətə başlayacaq

Qarabağda yeni tədris ili: 15 təhsil müəssisəsi fəaliyyətə başlayacaq
SOSİAL
15:18 14.09.2026
109
Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə təhsil infrastrukturunun bərpası və genişləndirilməsi istiqamətində işlər sürətlə davam etdirilir. 

AZXEBER.COM xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransı zamanı deyib.

Yeni tədris ilində azad edilmiş ərazilərdə daha 15 təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Məktəbəqədər təhsil müəssisələri

Fəaliyyətdə olan (2025–2026): 12 müəssisə

Yeni istifadəyə veriləcək (2026–2027):  11 müəssisə

Uşaq sayı:408

İşçi heyəti:123 nəfər

Ümumi təhsil müəssisələri

Fəaliyyətdə olan (2025–2026):25 müəssisə

Yeni istifadəyə veriləcək (2026–2027): 4 müəssisə

Şagird sayı: 4 825

İşçi heyəti: 700 nəfər

Əhatə olunan ərazilər:

Yeni təhsil müəssisələri Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocavənd və Zəngilan ərazilərində əhalinin istifadəsinə veriləcək.
OXŞAR XƏBƏRLƏR