“Qarabağ”dan ayrılan Abdullah Zubirin yeni klubu bəlli olub

“Qarabağ”dan ayrılan Abdullah Zubirin yeni klubu bəlli olub
İDMAN
20:46 19.08.2026
316
Ötən həftə "Qarabağ”la yollarını ayıran fransalı futbolçu Abdullah Zubirin yeni klubu bəlli olub.

AZXEBER.COM xəbər verir ki, 34 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerasını Qətərdə davam etdirəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, sol cinah vingeri ilə "Əl-Şahaniyə” klubu arasında danışıqlar yekun mərhələdədir. Rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı və transferin açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən bəri çıxış etdiyi "Qarabağ”ın heyətində 368 matçda 78 qol vurub. O, Ağdam klubu ilə 6 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.
OXŞAR XƏBƏRLƏR