"Qarabağ"ın Avstriyadakı oyunlarının vaxtı açıqlandı

"Qarabağ"ın Avstriyadakı oyunlarının vaxtı açıqlandı
İDMAN
18:27 17.06.2021
418
"Qarabağ"ın yeni mövsüm üçün hazırlıq planı bəlli olub.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, toplanışın ilk mərhələsi Bakıda keçiriləcək.

Paytaxtda 2 yoxlama oyunu nəzərdə tutulub. Ağdam təmsilçisi iyunun 26-da "Keşlə”, 30-da isə "Sumqayıt”la qarşılaşacaq.

Toplanışın 2-ci mərhələsi Avstriyada baş tutacaq. 12 günlük hazırlıq müddətində 3 yoxlama oyunu planlaşdırılır. Komanda iyulun 7-də Bolqarıstanın MOİK (Sofiya) klubu ilə üz-üzə gələcək. İyulun 11-ə nəzərdə tutulan oyunda isə rəqib isə Rusiya "Arsenal"ı olacaq. Sonuncu rəqibin adına daha sonra aydınlıq gələcək.
OXŞAR XƏBƏRLƏR