"Qarabağ"ın oyununa biletlər satışa çıxarıldı

"Qarabağ"ın oyununa biletlər satışa çıxarıldı
İDMAN
19:16 02.08.2026
218
UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Dinamo Kiyev" - "Qarabağ" matçı üçün ayrılmış biletlər bu gündən onlayn satışa çıxarılır.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat verib.

Qeyd olunub ki, Lyublin şəhərinin "Arena Lublin" stadionunda keçiriləcək oyunun "Qarabağ" azarkeşləri üçün ayrılmış biletlərin qiyməti 49 Polşa zlotısı (23 AZN) təşkil edir.

Azarkeşlərdən bilet alarkən e-mail ünvanlarını düzgün qeyd etmələri və bilet əldə edən şəxslərdən stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirmələri xahiş olunur.


Qeyd edək ki, "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçı avqustun 6-ı Bakı vaxtı ilə 21:00-da, yerli vaxtla isə 19:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR