Vətəndaşlar tökdüyü tullantıları yığışdırmağı özlərinə rəva bilməyiblər.
Dünən Tofiq Bəhramov adına Respublika stadionunda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” və “Seltik” komandaları arasında oyundan sonra acınacaqlı mənzərə müşahidə olunub.
Doğma komandanı dəstəkləməyə gələn bəzi azarkeşlər stadionu zibilxana ilə səhv salıblar.
Belə ki, onlar oturduqları yerlərə tum qabıqlarını, içdikləri su butulkasını yerə tullayıblar, bəziləri isə “Qarabağ”-ın bayrağını altlıq kimi istifadə ediblər.
Dünən stadiondan çəkilmiş görüntüləri təqdim edir:
///oxu.az