"Qarabağ"ın bazasında Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl media nümayəndələri ilə görüş keçirir.
AZXEBER.COM futbolinfo.az-a istinadən xəbər verir ki, yığıncaqda Tahir bəy ölkə futbolunda yaranan maliyyə probleminin Ağdam klubuna təsir edib-etməyəcəyi sualına da aydınlıq gətirib: “Pulun dəyərinin itməsi məsələsi dünyada olan bir hadisədir. Avro dollar qarşısında 25 faiz dəyərini itirdi. İndi dünyada çətin bir dövrdür. Bu, bizə də sirayət edir. Amma “Qarabağ”ın büdcəsinə heç bir təsiri olmayıb. “Qarabağ” artıq markadır, bir fenomendir”.
Vitse-prezident bundan başqa, Ağdam klubunda "Neftçi"dəki kimi struktur dəyişiklik olmayacağını qeyd edib. O, məsələni qısa olaraq belə şərh edib: "Biz halımızdan məmnunuq".