Qaraçuxur məscidini yandıran şəxsləri ora gətirən taksi sürücüsü danışdı

Qaraçuxur məscidini yandıran şəxsləri ora gətirən taksi sürücüsü danışdı
Bütün Xəbərlər
16:35 27.11.2014
1623
Cinayətkarlar sürücünün boğazına bıçaq dayayıblar.
Qaraçuxur məscidində baş verən yanğının bəzi detalları məlum olub. Yanğına aidiyyatı olan iki nəfər taksi sürücüsünün öldürməklə hədələyiblər.
AZXEBER.COM  xəbər verir ki, bu barədə Vesti.Az-a Suraxanı rayon Polis İdarəsində bildiriblər.
Xatırladaq ki, noyabrın 26-da saat 02.30 naməlum şəxslər məscidin əsas zalına içində alışan maye olan şüşə atıblar. Nəticədə alışma baş verib. Məscidin xalça örtüyü zədələnib, yanğın nəticəsində zərər çəkən olmayıb.
Bununla yanaşı məlum olub ki, noyabrın 26-da səhər saat altı radələrində polis idarəsinə Bakı sakini 26 yaşlı Samir Yusifov müraciət edib.
Yusifov ifadə verib ki, o2.30-da A.Mehbalıyev küçəsində “Turan” şadlıq sarayının yaxınlığında onun, özəl sərnişin daşıma ilə məşğul olduğu Mersedes markalı maşınına iki nəfər əyləşib.
Onlar Qaraçuxur məscidinə sürməyini istəyiblər. məscidin yanında sərnişinlərdən biri enir və məscidə tərəf yollanır, digəri isə taksidə qalır.
Bir neçə dəqiqə sonra sərnişin geri qayıdır və sürücünün boğazına bıçaq dayayaraq Bakıxanov qəsəbəsinə sürməyini əmr edir. hər iki cinayətkar orada düşüb.
Bundan başqa rayonun 32-ci polis bölməsinə məscidin qarovulçusu Zülfüqar Hacıyev müraciət edərək cinayətkarların 30-35 yaşlarında olduğunu bildirib.
Onlardan biri məscidin pəncərəsinin şüşəsini sındırıb və namaz zalına icində benzin olan şüşəni ora atıb və yandırıb.
Məlumdur ki, əməliyyatçılar axtarılan şəxslərin fotorobotları təşkil edilib. Fakt üzrə istintaq davam edir.
OXŞAR XƏBƏRLƏR