Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
SOSİAL
15:35 13.10.2026
326
Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia” markalı avtomobilin yandırılması faktı araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR