Qardaş, sən neyləyirsən? Bir az ehtiyatlı ol

Qardaş, sən neyləyirsən? Bir az ehtiyatlı ol
Bütün Xəbərlər
16:02 24.05.2014
2026
Elşən MusayevSon günlər üzərində ən çox baş sındırdığım mövzu ölkədəki bəzi ictimai-siyasi fəalların(?!) qətiyyən anlaşılmayan mövqeyi ilə bağlıdır. Tam ciddi deyirəm. Özü də söhbət biz tərəfin adamlarından, yəni bəzi iqtidar təəssübkeşlərindən gedir (müxalif cəbhə onsuzda yaman gündədir, pərakəndədir, dedikləri və etdikləri də “skvazynyak” effektindən o yana keçmir) Və ya eyni adlı kuluarda qəribə bir tendensiya formalaşıb: Yuxarılardan, yəni rəhbərlikdən kimsə hər hansı bir məsələyə, mövzuya (o mövzu hətta son dərəcə kritik və həssas xarakter daşısa belə) münasibət bildirməsə, bunlarda ayılma, pərvazlanma prosesi illah ki başlamır, vüsət almır. Üstəgəl, adamların beynindəki, qəlbindəki vətən eşqi, söz demək, mövqe ifadə etmək bacarığı, həvəsi sanki bir yerlərə tıxanıb qalır. Ya da ümumiyyətlə birkərəmlik qeyb olur!***Morninqstar ağzını Allah yoluna qoyub danışarkən intuitiv olaraq ard-arda açıqlamalar verdim. Anındaca da biz tərəfin bir neçə "ağıllı”sı tərəfindən təxminən bu formatda təpki aldım: “Qardaş, sən neyləyirsən? Bir az ehtiyatlı ol. Axı, iqtidarın yüksək vəzifə sahiblərindən kimsə bu barədə danışmayıb..”İndi isə baxıram... Prezident Administrasiyasının rəhbəri, dəyərli akademik Ramiz Mehdiyev, eyni zamanda ictimai-siyasi şöbənin müdiri hörmətli Əli Həsənov mövzu ilə bağlı öz mövqeyini ifadə edən kimi həmin “vətənşüvən”lər, daxili siyasətimizin “şaxta baba”ları və “qar qız”ları özlərinə əməllicə əl qatıblar. Müsahibələr, eksklüziv(?) açıqlamalar bir-birini sıralayır... Oysa, indi də mən sizə sual edim: Nooldu? Qeyrət damarınız anidən fışqırıqmı vurdu? Ramiz müəllim, Əli müəllim danışmayınca azərbaycanlı olmanız, milli təəssübkeşliyiniz heçmi yada düşmədi? Yoxsa sizin vətən sevginiz, kişilik obrazınız yalnız və yalnız bu ölkənin başbilənlərinin ağzından çıxan, ya da çıxacaq sözlərəmi bağlı? Hə?!***Bir müddət öncə Cənab Prezident yerlərdəki məmurların özbaşınalığı, eyni zamanda onların ərköyün balalarının çıxardığı oyunlarla bağlı sərt təpkisini göstərənə qədər hər kəs ağzına su alıb oturmuşdu. Sonra isə bir baxdıq ki, sağdan da, soldan da yeri gəldi-gəlmədi hamı məmurlara döşəyir!Ya da bir zamanlar telekanallardakı biabırçılıqla bağlı Ramiz Mehdiyev mövqe bildirməyənə qədər bu mövzu sanki it-bata düşmüşdü, hamının yadından çıxmışdı. Amma yenə də... bir baxdıq ki, ştatlı vətənşüvənlər növbəti dəfə meydandadır. Özlərini az qala qan-tər içində həlak edirlər...Və nəhayət, indi də Morninqstar məsələsi! Hörmətli Ramiz Mehdiyevin, Əli Həsənovun ortaya qoyduğu qətiyyətli mövqedən sonra ortalığa elə bir mənzərə hakim kəsilib, üstəgəl meydanda elə insanlar söz sahibinə çevrilib ki, baxıb, görüb, eşidib təəccüblənməyə bilmirsən...Halbuki, Ramiz Mehdiyevi gözləmək lazım deyildi, əzizlərim! Yox əgər gözlədinizsə, o zaman elə axıra qədər də ağızınıza su alıb oturmalı idiniz. Yəni, bu susqunluq daha məsləhətli idi. Nəinki, qaş düzəldən yerdə bir az da vurub göz çıxarmaq!Zatən, hörmətli Ramiz müəllimin müsahibəsində həmin insanlara ünvanlanan məxsusi bir qeyd də var: “Bu vaxta qədər Morninqstar məsələsinə münasibət bildirən hər kəsə öz dərin minnətdarlığımı bildirirəm".Cümlənin ilk hecasına diqqət edin: “Bu vaxta qədər...”Məncə, məna tam aydındır...
OXŞAR XƏBƏRLƏR