Beyləqan Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Birinci Şahsevən kəndində qeydə alınıb.Kənd sakini, 1998-ci il təvəllüdlü Hümbətova Fatimə Vahid qızı özünü yaşadığı evdə asaraq intihar edib.
Prokurorluqdan həmçinin bildirilib ki, intihar edən qız 9-cu sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən gün də Şəmkir rayonunda 10-cu sinif şagirdi intihar edib.
***
Beyləqan rayonunda məktəblinin həyatına qəsd etməsinin səbəbi qaranlıqdır. Rayon prokuroru Muxtar Eminov Milli.Az-a açıqlamasında bildirib ki, 15 yaşlı Fatimə Hümbətova dünən günorta saatlarında özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun qardaşı tövlədən nəsə götürməyə gedərkən bacısını asılmış vəziyyətdə görüb.
Orta məktəbin 9-cu sinif şagirdi olan F.Hümbətova normal və sağlam olub. Onun özünə qəsd etməsinin səbəbi araşdırılır.