Həbsxanadan qaçan məhkum 4 nəfəri öldürüb, 1 nəfəri yaralayıb.
AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, hadisə İstanbulda baş verib.
1 il əvvəl həbsxanadan qaçan Şinasi Gürkan 4 nəfəri öldürüb, 1 nəfərə xəsarət yetirib.
Onun öldürdüyü adamlardan ikisi öz oğludur.
O, polislər tərəfindən saxlanılıb.
Qeyd edək ki, Şinası 16 il əvvəl iki qardaşını öldürüb.