Qarlı hava təyyarə reyslərinə necə təsir edib? - AÇIQLAMA

Qarlı hava təyyarə reyslərinə necə təsir edib? - AÇIQLAMA
Bütün Xəbərlər
12:37 31.01.2014
984

Hələ ki, hər hansı reysdə ləngimə yoxdur

“Qarla hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev beynəlxalq hava limanı təyyarələrin qəbuluna və yola salınmasında heç bir problem yoxdur”. Bunu ANS PRESS-ə açıqlama AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib. O, hava limanın bütün reyslərinin vaxtında həyata keçirildiyini söyləyib: “Türkiyə Havayollarına məxsus təyyarə Bakıdan hər zamankı vaxtında yola salınıb. Gəncəyə, Milana, Naxçıvana olan bütün aviareyslərin yola salınmasında heç bir problem yaranmayıb”. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin əvvəlcədən xəbər verdiyi kimi yanvarın 30-dan başlayaraq və yanvarın 31-də ölkə ərazisində hava şəraiti daha da kəskinləşib, intensiv və güclü qar yağıb, şaxta qeydə alınıb. Havanın minimal temperaturu Abşeron yarımadasında 3-5, aran rayonlarında 2-5, dağlıq rayonlarda 5-8, Naxçıvan MR-da 0-5 dərəcə şaxta təşkil edib.

OXŞAR XƏBƏRLƏR