Nazirlik məlumat yaydı.
Dünən ölkədə qarlı hava şəraiti çoxlu yol qəzalarına səbəb olub.
Daxili İşlər Nazirliyindən AZXEER.COM-a bildirilib ki, yanvarın 25-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib:
“Nəticədə 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb”.
Qeyd edək ki, yanvarın 24-dən Azərbaycanda qarlı hava şəraiti davam edir.