Paytaxt bazarlarının birində qarpız və yemiş satıcısı elə satdığı məhsuldan zəhərlənib. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi Gülnarə Babayevanın ANS PRESS-ə verdiyi məlumata görə, onun qarpızdan zəhərləndiyi müəyyənləşib.Bu səbəbdən də həkim may və iyun aylarında bostan meyvələri olan qarpız və yemişdən istifadə edərkən diqqətli olmağı tövsiyyə edir. “Camaat bilməlidir ki, bu aylar qarpız fəsli deyil. Bu zaman satılan qarpız əksər vaxtlarda zəhərlənmə ilə nəticələnə bilər. Zəhərlənmənin ilkin əlamətləri ürəkbulanması, baş ağrısı, qarın və mədə ağrılarıdır”.