Bu gün Qax rayonunun Cəlayer kəndinə təbii qazın verilməsi münasibətilə mərasim keçirilib.
AZXEBER.COM ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 300 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18,1 kilometr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 300 ədəd sayğac quraşdırılıb.