Qaxda ağır avtobus qəzası: 9 yaralı

Qaxda ağır avtobus qəzası: 9 yaralı
Bütün Xəbərlər
13:10 10.10.2013
989

Qəza zamanı xəsarət alanların əksəriyyəti çağırışçılar olub.

Qəza nəticəsində xeyli sayda sərnişin xəsarət alıb. Qax Mərkəzi rayon Xəstəxanasından bildirilib ki, qəza nəticəsində 9 nəfər xəsarət alıb. Onlar Zəyəm kənd sakinləri, 1988-ci il təvəllüdlü Xəzər Hacıyev, 1996-cı il təvəllüdlü Qurban Qurbanlı, 1995-ci il təvəllüdlü Elməddin Məmmədli, 1996-cı il təvəllüdlü Samir Şükürzadə, 1992-ci il təvəllüdlü Bəxtiyar Məmmədli, 1996-cı il təvəllüdlü Elton Kazımlı, Şəki rayon sakinləri, 1985-ci il təvəllüdlü Coşqun Məsimov, 1978-ci il təvəllüdlü Samir Rəsulov və Elvin Yusifovdur.

Xəstəxanadan həmçinin bildirilib ki, qəza zamanı xəsarət alanların əksəriyyəti çağırışçılar olub. Onlar tibbi müayinədən keçməyə gedirlərmiş. Faktla bağlı araşdırma aparılır.(APA)

OXŞAR XƏBƏRLƏR